İsrailin virusa yoluxanlarla bağlı qərarı qalmaqal yaratdı
20.04.2020 09:18 Dünya

İsrailin virusa yoluxanlarla bağlı qərarı qalmaqal yaratdı

"MediaPost" xəbər verir ki, koronavirusla bağlı verilən bu qərar insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Səhiyyə Nazirliyinin hazırladığı qərarda əqli gerilik, fiziki məhdudiyyəti, qaraciyər, ağciyər, ürək xəstəliyi, psixoloji travması və ölüm döşəyində olan insanların nəfəs aparatına bağlanmasında məhdudiyyətlərin olacağı qeyd olub. Yəni öncəlik bu insanlara verilməyəcək.

Öncə sağlığında cüzi problem olan insanlar nəfəs aparatına qoşulacaq, daha sonra onlara lazım olsa, bu barədə köməklik ediləcək.

Israildən qalmaqallı qərar - virusa yoluxan o insanlar ən son müalicə olunacaq

İnsanlar Səhiyyə Nazirliyinin sözügedən qərarını ayrıseçkilik adlandıraraq sosial mediada etirazlarını bildiriblər .

Xəbərlər departamenti

Gündəm