İsrailin baş naziri: "ABŞ-la İran arasında yaşanan gərginliyə müdaxilə etməməliyik"
07.01.2020 09:56 Xarici siyasət

İsrailin baş naziri: "ABŞ-la İran arasında yaşanan gərginliyə müdaxilə etməməliyik"

"MediaPost" xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin təhlükəsizlik kabineti toplantısında deyib. O bildirib ki, ölkəsi ABŞ-la İran arasında yaşanan gərginliyə müdaxilə etməməlidir.

Qeyd edək ki, bundan öncə Benyamin Netanyahu mətbuata açıqlamasında Birləşmiş Ştatların yanında olduğunu bildirmişdi. ABŞ prezidenti Donald Tramp İranı hücumla təhdid etdikdən sonra buna qarşılıq olaraq İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi Hayfa və İsrailin önəmli mərkəzlərini "yerlə bir edəcəklərini" söyləmişdi.

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Ordusunun "Qüds" Qüvvələrinin komandiri Qasim Süleymani ABŞ-ın hava hücumları nəticəsində İraqda öldürülüb. Pentaqonun açıqlamasına əsasən, hücum əmrini D.Tramp şəxsən verib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm