İstanbulda polis əməliyyat keçirib, azərbaycanlılar saxlanılıb
31.01.2020 09:29

İstanbulda polis əməliyyat keçirib, azərbaycanlılar saxlanılıb

“Report” DHA-ya istinadən xəbər verir ki, bu gün səhər keçirilən əməliyyat zamanı 1 Rusiya, 3 Ukrayna, 4 Gürcüstan, 8 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Şübhəlilərin olduğu evlərdən 11 tapança və bir “AK-47” tipli avtomat silah, 222 güllə aşkar edilərək götürülüb.

Saxlanılanlar İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə gətirilib.

Xəbərlər departamenti

Gündəm