İstanbuldakı təyyarə qəzasında azərbaycanlı olub? - Rəsmi açıqlama
06.02.2020 07:51 Daxili siyasət

İstanbuldakı təyyarə qəzasında azərbaycanlı olub? - Rəsmi açıqlama

Bunu “MediaPost”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.

O, qəza nəticəsində yaralananlar arasında bir nəfər Azərbaycan vətəndaşının olması ilə bağlı məlumatın təsdiqini tapmadığını bildirib.

Xatırladaq ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Qəza nəticəsində təyyarədə olan 184 nəfərdən 3-ü həlak olub, 179 nəfər xəsarət alıb, pilotlar isə ağır yaralanıb.

Billurə Yunus / “MediaPost”

Xəbərlər departamenti

Gündəm