İstehlak kreditlərinin verilməsi azalıb
29.04.2020 14:52 İqtisadiyyat

İstehlak kreditlərinin verilməsi azalıb

“MediaPost” Azərbaycan Mərkəzi Bankına (AMB)-yə istinadən xəbər verir ki, bu ilin aprel ayının 1-nə olan məlumata görə, ölkədə 6 milyard 960 milyon manat istehalk krediti verilib. Bu martın 1-nə olan göstərici ilə müqayisədə 148,7 milyon manat və ya 2% azdır.

İlin əvvəli ilə müqayisədə isə istehlak kreditləri 44,2 milyon və ya 0,7% azalıb.

Xatırladaq ki,bir müddət əvvəl ölkədə istehlak kreditlərinin verilməsində şərtlərin sərtləşdiriləcəyi bildirilirdi. Hətta artrıq bir müddətdir ki, banklar istelak kreditlərinin verilməsini də dayandırıblar.

Xəbərlər departamenti

Gündəm