İstirahət günləri də çalışan dövlət başçısı - RƏYLƏR
24.12.2019 11:31 Fikirlər

İstirahət günləri də çalışan dövlət başçısı - RƏYLƏR

Yerli və xarici espertlər bildirir ki, 2019-cu il Azərbaycan üçün islahatlarla yanaşı, uğurlu il kimi yadda qalıb. Bunun əsas səbəbkarı isə bu gün doğum gününü qeyd edən ölkənin lideri, Prezident İlham Əliyevdir. Uğurların kökündə dövlət başçısının əməyi, gərgin iş rejimi, o cümlədən istirahət günləri belə, çalışması durur.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev yerli jurnalistlərə müsahibəsində bunları deyib: “Son müddət ərzində mənim bəzi daxili görüşlərim ictimailəşdirildi və hesab edirəm ki, buna ehtiyac var. Onu da bildirməliyəm ki, mənim iş qrafikim çox gərgindir. Demək olar ki, iş qrafikimdə fasilə yoxdur. Hətta bazar günündə ki, mən işə çıxmıram, yenə də mən daim əlaqədəyəm. Bəlkə də Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur. Çünki hər gün mənim üçün iş günüdür. Çünki hər gün məsələləri həll etmək lazımdır. Bir çox məsələlər çıxır ki, onlar operativlik tələb edir. Ona görə ictimaiyyətə təqdim olunan bəzi daxili görüşlər mənim iş qrafikimdə bəlkə də 5-10 faiz təşkil edir. Ancaq buna ehtiyac var. Həm də bu, ictimaiyyətə verilən bir növ hesabatdır, siyasətimizin əsas istiqamətlərinin dəqiqləşdirilməsidir”.

İstirahət günləri də çalışan dövlət başçısı - RƏYLƏR

Politoloq İlyas Hüseynov Mediapost-a açıqlamasında söyləyib ki, Azərbaycanda 2019-cu il ərzində bir sıra iqtisadi, siyasi uğurlar əldə olunub: “Bu uğurların da əsas memarı heç şübhəsiz ki, cənab İlham Əliyevdir. Prezidentin bir illik fəaliyyətinə nəzər saldıqda, 2019-cu il Azərbaycanda yenidənqurma, dəyişiklik və köklü islahatlarla yadda qalıb. İlin əvvəlindən Azərbaycanda islahat ilinin olması ilə bağlı anonslar verilmişdi. Prezident İlham Əliyev Azərbaycanda islahatların olmasını öz çıxışında bəyan etmişdi. İslahatlar hər zaman yeniliyə yol açır. İlk öncə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin, pensiyaçıların əmək haqqalarının artırılması ilə bağlı addımlar atıldı. Bununla yanaşı minimum əmək haqqı artırılaraq 250 manata qədər çatdırıldı. İyun ayında hüquq-mühafizə orqanlarında kadr islahatlarının şahidi olduq. Bu, əhalinin təhlükəsizliyinin və müdafiəsinin daha da gücləndirilməsi ilə nəticələndi. Bunun ardınca ölkədə məhkəmə sistemində islahatlara başlanıldı. İcra Hakimiyyəti sistemində instutisional, sturuktur dəyişikliklər ona gətirdi ki, ölkədə iqtisadiyyat ilə bağlı mühüm qərarlar qəbul olundu. Vergilər Nazirliyi , Dövlət Əmlakı Dövlət Komitəsi, İqtisadiyat Nazirliyi birləşdirildi”.

İstirahət günləri də çalışan dövlət başçısı - RƏYLƏR

Politoloq söyləyib ki, bütün bunlarla yanaşı qanunvericilik hakimiyyətində də islahatlar zəruri oldu vəparlamentin bu islahatlara adekvat olmadığı səbəbindən ölkədə parlament seçkilərinə gedildi:

“Milli Məclisin qərar qəbul etdiyi qərarla prezident parlamenti buraxdı. Növbədənkənar parlament seçkiləri gələn il fevral ayının 9-na təyin edilib. Dekabrın 23-də isə ölkədə bələdiyyə seçkiləri keçirildi. Bələdiyyə seçkiləri ilə bağlı da xalqın müxtəlif təbəqələrinin gözləntiləri çox böyükdür. Bələdiyyələrin səlahiyyətinin artırılması ilə bağlı struktur islahatlarının aparılması, müstəqilliyinin formalaşması üçün müxtəlif çağırışlar var. Ümumilikdə, 2019-cu ilə nəzər salanda əhalinin dövlət başçısına etimadı daha da artdı. Sosial tədqiqatlar mərkəzi olaraq biz prezidetin oktyabr ayındakı fəaliyyətini ölçərək inam indeksi jurnalını çap etdik. Burada respondentlərə müraciət etdik, ölkə başçısının oktyabr ayı ərzində fəaliyyəti və çıxışları , səfərləri ilə bağlı insanların rəyini öyrəndik. Əhalinin böyük əksəriyyəti prezidentə öz inamını göstərdi”.

İstirahət günləri də çalışan dövlət başçısı - RƏYLƏR

İlyas Hüseynov ölkə başçısının Valdaydakı inamlı çıxışı məsələsinə də münasibət bildirib:

“Ölkə başçısının Valdaydakı çıxışında ermənilərin və xüsusilə Nikol Paşinyanın Xankəndində “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına cənab prezident “Qarabağ Azərbaycandır və nida” kəskin cavabını verdi. Bu bir daha onu görtərir ki, Azərbaycan Respublikasının Prezidenti üçün Dağlıq Qarabağ məsələsi prioritet təşkil edir. Qarabağ münaqişəsi ilə bağlı diplomatik səylərin hələ tükənmədiyi vurğulansa da, Azərbaycan öz hərbi qüdrətini günü-gündən artırır. Bununla yanaşı Qoşulmama Hərəkatı ilə bağlı Zirvə Görüşü də Bakı şəhərində baş tutdu. Növbəti sədrlik Azərbaycana keçdi. Daha bir önəmli tədbir Türk Şurası ilə bağlıdır. Şuranın da Zirvə Toplantısı Bakıda keçirildi və bu il əlamətdar hadisədir ki, Özbəkistan da Türk Şurasına qoşuldu və Bakıda mühüm bəyanatlar səsləndirildi. Azərbaycanda ənənəvi olaraq multikulturalizm, tolerantlıqla bağlı da önəmli tədbirlər keçirilir. Bu coğrafiyada müxtəlif dinlər, millətlər mehriban şəraitdə yaşayırlar”.

İstirahət günləri də çalışan dövlət başçısı - RƏYLƏR

Mövzu ilə bağlı Mediapost-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, İlham Əliyev bu gün Azərbaycanda sabitliyin təminatçısı olmaqla yanaşı, həm də yürüdülən çoxşaxəli islahatların təminatçısıdır:

“Gərgin iş qrafikinə baxmayaraq xalqın bütün təbəqələri ilə təmasa açıq olan prezidentin səmimi fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. Cənab prezidenti doğum günü münasibəti ilə ürəkdən təbrik edir, can sağlığı, fəaliyyətində uğurlar diləyirəm”.

Xəbərlər departamenti

Gündəm