İsveçdə cinayətkar 8 nəfəri yaraladı
03.03.2021 22:55 Dünya

İsveçdə cinayətkar 8 nəfəri yaraladı

İsveçin Vetland şəhərində naməlum şəxs silahla insanlara hücum edib.

"MediaPost"un "TASS"a istinadən verdiyi məlumata görə, cinayətkar naməlum əşya ilə 8 nəfəri yaralayıb. Hadisə yerinə cəlb edilən polis əməkdaşları cinayətkara qarşı odlu silahdan istifadə ediblər.

Bildirilir ki, yaralanan cinayətkar xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə məlumat verilmir.

Xəbərlər şöbəsi

Gündəm