İtaliyada koronavirusdan ölənlərin sayı 25 mini ötüb
22.04.2020 22:33 Dünya

İtaliyada koronavirusdan ölənlərin sayı 25 mini ötüb

İtaliyada sutka ərzində yeni koronavirusun səbəb olduğu xəstəliyin fəsadlarından ölənlərin sayı 437 nəfər, qurbanların ümumi sayı isə 25 085 nəfərə çatıb.

"MediaPost" xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti bildirib.

Məlumata əsasən, ötən sutkada rekord sayda sağalan xəstə - 2 443 nəfər, reanimasiya şöbələrində isə ən aşağı koronavirus xəstəsi qeydə alınıb - 2,384 nəfər.

Pandemiya başlayandan bəri ölkədə yoluxanların ümumi sayı 187 327 nəfərə çatıb. Sağalanların sayı isə 54 543 nəfərə çatıb.

Xəbərlər departamenti

Gündəm