İtaliyada koronavirusdan sutka ərzində 260 nəfər həyatını itirib
26.04.2020 21:38 Dünya

İtaliyada koronavirusdan sutka ərzində 260 nəfər həyatını itirib

İtaliyada COVID -19 pandemiyasından gündəlik olaraq həyatını itirənlərin sayında azalma müşahidə olunur.

"MediaPost" "haberler.com"a istinadən xəbər verir ki, sutka ərzində 260 nəfər virus səbəbi ilə həyatını itirib.

Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 26 644 nəfərə çatıb.

Bu, 14 mart tarixindən indiyədək ən az ölüm sayıdır. Ölkədə bu günə qədər 197 675 insan COVID -19-a yoluxub.

Xəbərlər departamenti

Gündəm