İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi
27.02.2021 00:28 Qarabağ Azərbaycandır

İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

"MediaPost" xəbər verir ki, bu barədə "Qafqazinfo"ya şəhid zabitimizin yaxınları məlumat verib.

46 yaşlı zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. Bu gün şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qaldı.

 

Xəbərlər şöbəsi

Gündəm