İtkin düşmüş daha bir əsgərimizin nəşi tapılıb
13.01.2021 09:48 Qarabağ Azərbaycandır

İtkin düşmüş daha bir əsgərimizin nəşi tapılıb

Vətən müharibəsində itkin düşən daha bir hərbçinin şəhid olması xəbəri gəlib.

"MediaPost"un məlumatına görə, 44 günlük müharibənin iştirakçısı olan 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan uzun müddət idi ki, xəbər yox idi. Ötən gün isə onun yaxınları döyüşçünün şəhid olduğu barədə xəbər alıblar.

18 yaşlı əsgərimizin Füzuli istiqamətində şəhidlik zirvəsinə ucaldığı deyilir. Trend

Allah rəhmət eləsin!

Xəbərlər şöbəsi

Gündəm