İzmir şəhərində axtarış-xilasetmə işləri tamamlanıb - <span>YENİLƏNİB</span>
04.11.2020 11:55 Dünya

İzmir şəhərində axtarış-xilasetmə işləri tamamlanıb - YENİLƏNİB

İzmirdə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 98 nəfərə çatıb.

"MediaPost" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi(AFAD) məlumat yayıb. 

Açıqlamada yaralı olan 994 nəfərdən 847-sinin xəstəxanadan evə buraxıldığı, 147 nəfərin isə müalicəyə davam etdiyi qeyd olunub.

***

09:24

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 100 nəfərə çatdı.

***

10:56

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində dağıntılar altında qalan körpə çıxarılıb.

3 aylıq körpə 90 saatdan sonra tapılıb.

***

14:23

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 105 nəfərə çatdı.

***

17:10

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 109 nəfərə çatıb.

Hazırda 138 nəfərin müalicəsi davam edir.

***

08:54

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 114 nəfərə yüksəlib.

***

11:55

Dağıntı və itkilərə səbəb olan zəlzələnin baş verdiyi İzmir şəhərində axtarış-xilasetmə işləri tamamlanıb.

"MediaPost" xəbər verir ki, oktyabrın 30-da Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkan nəticəsində 114 nəfər ölüb, yaralanan 137 nəfərin isə müalicəsi davam edir.

Anara Mikail

Gündəm