İzmirdəki zəlzələdə ailə faciəsi: Nənə və 4 nəvəsi həlak oldu
03.11.2020 19:00 Dünya

İzmirdəki zəlzələdə ailə faciəsi: Nənə və 4 nəvəsi həlak oldu

İzmirdə baş verən 6,6 ballıq zəlzələ nəticəsində bir ailənin beş üzvü həlak olub.

“MediaPost” xəbər verir ki, Rıza Bey adlı binada 60 yaşlı Arife Yücel və nəvələri 3 yaşlı Diren, 4 yaşlı Lena, 6 yaşlı Vera və 10 yaşlı Feda dağıntılar altında qalaraq ölüb.

Onların dəfn mərasimi bu gün gerçəkləşib. Cənazə mərasimində Lena və veranın anası Nilay Yücellə, Feda və Direnin anası Emine Yücel göz yaşlarına boğulub.

Qeyd edək ki, A.Yücel həyat yoldaşı vəfat edəndən sonra bütün həyatını 4 nəvəsinə həsr edib və onlarla yaşayırmış.

Xəbərlər şöbəsi

Gündəm