Jalə Təbrizli: “İranda ana dilimizə qarşı ayrı-seçkilik var”
30.11.2022 11:46 Dünya

Jalə Təbrizli: “İranda ana dilimizə qarşı ayrı-seçkilik var”

“İranda bizim ana dilimizə qarşı ayrı-seçkilik var. Axı biz də bir millətik. İndiki münasibət bizi təhqir etməkdir”.

Mediapost xəbər verir ki, bunu etnik məsələlər və qadın hüquqları üzrə aktivist, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli Bakıda keçirilən "Urmu gölünün harayı" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, xüsusən də azərbaycalı qadınlar İranda zülmə məruz qalırlar:

“İranda qadın hüquqları tanınmır. Azərbaycan qadınları orada təzyiqlərlə üzləşir. Bizim uşaqlarımız ana dilində təhsil ala bilmir”.

Xəbərlər departamenti

Gündəm