Jalə Təbrizli: “Urmiyə gölünün qurudulması azərbaycanlılara qarşı ayrı-seçkilikdir”
30.11.2022 11:45 Dünya

Jalə Təbrizli: “Urmiyə gölünün qurudulması azərbaycanlılara qarşı ayrı-seçkilikdir”

“Urmiyə gölünün qurudulması azərbaycanlılara qarşı ayrı-seçkilikdir”.

Mediapost xəbər verir ki, bunu Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçı, İran azərbaycanlılarının insan hüquqları müdafiəçisi, "Ərk" İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli noyabrın 30-da "Urmu gölünün harayı" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Urmiyə gölünün qurumasının hamı üçün ziyanı var.

J.Təbrizli bildirib ki, BMT-də, UNESCO-da Urmiyə gölünün qurumasının qarşısının alınması üçün vəsait ayrılmasına dair məsələ qaldırıblar.

“İran həmin vəsaiti özü üçün xərclədi. Ancaq gölün quruması üçün heç bir vəsait xərcləmədi. Urmiyə gölünün quruması Azərbaycana qarşı ayrı-seçkilikdir. İranda bir nəfər yoxdur ki, desin ki, mən buna görə məsuliyyət daşıyıram. Hazırda gölün 95 faizi quruyub. Urmiyə gölünün ətrafında yaşayan 14 milyon insan oradan köçürülməlidir. Çünki orada xəstəliklər yayılır”, - "Ərk" İnsan Haqları Komitəsinin sədri vurğulayıb.

Xəbərlər departamenti

Gündəm