Jirinovski: "Ermənistanı Rusiyanın tərkibinə daxil etmək lazımdır, razı olmasalar..." - <span>VİDEO</span>
27.02.2021 10:26 Dünya Siyasət

Jirinovski: "Ermənistanı Rusiyanın tərkibinə daxil etmək lazımdır, razı olmasalar..." - VİDEO

"Erməni problemini götürsək, bu, artıq üç yüz ildir, bəlkə də min ildir. Qərar çarın dövründə olduğu kimi -  birdir: Rusiyanın tərkibində Yerevan quberniyası. Hamısı sakitləşəcək".

"MediaPost" xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Vladimir Jirinovski "Komsomolskaya pravda" radiosuna müsahibəsində deyib.

“Ermənistan dünyanın o hissəsində - Qafqaz, Şərq - yerləşir ki, orada bütün məsələlər güclə həll olunur. Ermənilərin özlərindən, əlbəttə ki, Rusiyaya qoşulmaq istəkləri barədə soruşulmalıdır və imtina etsələr, bundan sonra Ermənistana kömək edilməməlidir. Əgər istəmirlərsə, qoy qalsınlar. Amma biz oraya bir əsgər də göndərməyəcəyik. Heç bir mərmi də. Heç bir yardım etməyəcəyik", - deyə Jirinovski deyib.
 

 

Xəbərlər departamenti

Gündəm