Joze Mourinyo “Tottenhem” klubunun baş məşqçisi təyin olunub
20.11.2019 08:56

Joze Mourinyo “Tottenhem” klubunun baş məşqçisi təyin olunub

İngiltərənin “Tottenhem” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Joze Mourinyo London təmsilçinin yeni baş məşqçisi təyin olunub.

56 yaşlı mütəxəssislə 2022/23 mövsümünün sonuna qədər müqavilə imzalanıb. O, istefaya göndərilən Maurisio Poçettinonu əvəzləyib.

Qeyd edək ki, J.Mourinyonun son iş yeri 2018-ci ilin dekabrında ayrıldığı “Mançester Yunayted” olub.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm