Kadırov vəzifəsini müvəqqəti təhvil verib - Səhhəti ilə bağlı açıqlama
16.01.2020 09:22 Xarici siyasət

Kadırov vəzifəsini müvəqqəti təhvil verib - Səhhəti ilə bağlı açıqlama

"MediaPost" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Dövlət Dumasının Çeçenistandan olan deputatı Şamsail Saralıyev Ramzan Kadırovun səhhəti ilə bağlı açıqlama verərkən deyib.

O bildirib ki, Ramzan Kadırov səhhətində yaranmış xırda problemdən dolayı müvəqqəti olaraq vəzifəsindən gedib.

"Belə olan halda regiona müvəqqəti rəhbərlik etmək hüququ hökumət sədrinə keçir. Bu, ölkənin qanunvericilik normalarına tam uyğundur", - Saralıyev əlavə edib.

Deputatın sözlərinə görə, respublika rəhbəri regionda baş verənləri izləməyə davam edir.

Qeyd dedək ki, bu gün Çeçenistan Respublikası başçısının mətbuat katibi Alvi Kərimov çeçen liderinin səhhətində yaranmış problemlə bağlı müalicə kursu keçdiyini bildirib.

Yanvarın 15-də Kadırov əmək qabiliyyətini müvəqqəti itirdiyini elan edib və hökumətin idarə edilməsini Müslim Xuçiyevə verib.

Aynur Ələkbər / "MediaPost"


Xəbərlər departamenti

Gündəm