Kamran Əliyev mərhum generalın oğluna yüksək vəzifə verib - <span>FOTO</span>
05.08.2020 06:42 Gündəm Cəmiyyət

Kamran Əliyev mərhum generalın oğluna yüksək vəzifə verib - FOTO

Baş prokuror Kamran Əliyev bu ilin avqust ayının 2-də Türkiyədə dünyasını dəyişən Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyevin oğluna vəzifə veribmiş. 

“MediaPost”un məlumatına görə, mərhum general-leytenat Firudin Nəbiyevin oğlu Orxan Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsinə təyin olunub. 

Baş Prokurorluğun Mətbuat xidmətindən “MediaPost“a bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır. 

img

Xəbərlər şöbəsi

Gündəm