Kanada Türkiyəyə təyyarə mühərriki tədarükünü dayandırdı
26.10.2020 17:23 Dünya

Kanada Türkiyəyə təyyarə mühərriki tədarükünü dayandırdı

Kanadanın "Bombardier Recreational Products" (BRP) şirkəti Türkiyəyə təyyarə mühərriklərinin tədarükünü dayandırıb.

"MediaPost" "SVS"yə istinadən xəbər verir ki, buna Ankaraya məxsus dronlarda həmin komponentlərdən istifadə olunması və bu texnikanın Dağlıq Qarabağda tətbiq edilməsi səbəb olub.

Şirkət sözçüsü Martin Lanqlayer açıqlamasında "BRP" səlahiyyətlilərinin təyyarə mühərriklərindən "aydın olmayan məqsədlər üçün" istifadə edən ölkələrə tədarükü dayandıracağını söyləyib.

Xatırladaq ki, Kanada Xarici İşlər naziri François Filip Çampeyn də Türkiyəyə hərbi məhsulların ixracını qadağan edib.

Anara Mikail

Gündəm