Kanada Ukraynaya 1 milyon patron tədarükünü yekunlaşdırır
27.05.2023 01:50 Dünya

Kanada Ukraynaya 1 milyon patron tədarükünü yekunlaşdırır

Kanada aprel ayında elan edilən hərbi yardım paketindən təxminən 5000 atıcı silah və bir milyon patronun çatdırılmasını yaxın həftələrdə tamamlayacaq.

MediaPost xəbər verir ki, bu barədə "Ukrinform"a məlumat yayıb.

“Aprel ayında elan edilmiş atıcı silah və sursatlarla birlikdə yardım paketinin çatdırılması qrafikə uyğun olaraq davam edir. Pulemyotlar, avtomatlar, təmizləyici vasitələr və maqazinlər artıq Ukraynaya çatdırılıb, 1 milyon ədəd 5,56 mm-lik patron və 4800 avtomat isə yaxın həftələrdə gəlməlidir” – məlumatda deyilir.

Ümumilikdə yardım paketində 21 min atıcı silah və 2,4 milyon patron var.

Xəbərlər departamenti

Gündəm