Kanada Zelenskidən kömək istədi
15.01.2020 06:37 Xarici siyasət

Kanada Zelenskidən kömək istədi

Kanadanın Baş naziri Castin Trüdo Ukrayna prezidenti Vladimir Zelenskidən telefon danışığı zamanı İranda Ukrayna təyyarəsinin qəzaya uğraması qurbanlarının müəyyənləşdirilməsi prosessinə şərait yaradılmasını xahiş edib.

Trend-in məlumatına görə, bu barədə Ukrayna liderinin ofisinin mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, Castin Trüdo Kanada vətəndaşları da arasında olan ölənlərin cəsədlərinin müəyyənləşdirilməsində İran hakimiyyəti ilə dialoq qurmaqda Vladimir Zelenskidən kömək istədi.

V.Zelenski cavab olaraq dedi ki, ukraynalı mütəxəssislər və diplomatlar Tehrandakı kanadalı həmkarlarına işlərində hərtərəfli kömək etməyə hazırdırlar.

Bundan əlavə, baş nazir Kanadalı mütəxəssislərin faciə baş verdiyi yerə daxil olmasını təmin etmək üçün göstərdiyi səylərə görə Zelenskiyə təşəkkür edib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm