Kanadada 4,5 bal gücündə zəlzələ baş verib
04.11.2020 22:03 Dünya

Kanadada 4,5 bal gücündə zəlzələ baş verib

Kanadanın Nyufaundlend və Labrador vilayətində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Kanadanın Zəlzələ İzləmə Dövlət Xidməti bildirib.

Məlumata əsasən, zəlzələ 18 km dərinlikdə olub. Yeraltı təkanların episentri Makkovik yaşayış məntəqəsi yaxınlığında yerləşib.

Bildirilib ki, sakinlərinin təkanları hiss etməlidirlər. İnsanı təlafatı və dağıntılar barədə məlumat verilməyib.

"MediaPost"

Xəbərlər şöbəsi

Gündəm