Kanyedən İslama hörmətsizlik: Ayaqqabılarına mələklərin adını verdi
25.08.2020 09:08 Gündəm Dünya

Kanyedən İslama hörmətsizlik: Ayaqqabılarına mələklərin adını verdi - FOTOLAR

Məşhur repçi Kanye Uest dünya mediasının gündəminə düşüb.

“MediaPost” xəbər verir ki, buna ulduzun yeni “Yeezy Boost” idman ayaqqabılarına “Yeezy Boost 350 V2 Israfil” və “Yeezy Boost 350 V2 Asriel” adlarını verməsi səbəb olub. Din aləminin dörd böyük mələklərindən ikisinin adını ayaqqabılara verən Uest “İslam dininə hörmətsizlikdə” ittiham olunub.

“Twitter” istifafəçiləri də Kanyeni tənqid edərək “hörmətsizlikdir”, “Adidas” İslama hörmətsizlik edir", “bu məhsulların satışı dayanana qədər ”adidas" məhsullarını almayacağam" tipli paylaşımlar edib.

Bununla yanaşı, “Adidas” rəhbərliyinin sözügedən məhsulların adını dəyişdirməsi üçün imza kampaniyası başladılıb. 

Müraciətdə “növbəti xəbərdarlığa qədər bütün müsəlmanları ”Adidas" məhsullarını boykot etməyə və sahibi olduqları pərakəndə satış mağazalarında şirkət bu məhsulun istehsalını dayandırana qədər bütün “Adidas”ların satışını dayandırmağa çağırırıq", - deyə qeyd olunub.

Anara Mikayılova

img
img

 

Xəbərlər şöbəsi

Gündəm