"Kapital Bank”ın ən çox kimlərə kredit verdiyi məlum olub
14.04.2020 11:31 İqtisadiyyat

"Kapital Bank”ın ən çox kimlərə kredit verdiyi məlum olub

“MediaPost” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, maliyyə təşkilatı bu ilin birinci rübündə aktivlərindən 2 milyard 043 milyon manat müştərilərinə kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 505 milyon 687 min manat və ya 32,9% çoxdur. Belə ki, ötən il bank müştərilərinə 1 milyard 537 milyon manat kredit vermişdi.

Hesabat dövrünə görə, “Kapital Bank” ən çox krediti istehlak sahəsinə verib. Belə ki, bu ilin birinci rübünə olan məlumata görə bank qeyd edilən sahəyə 1 milyard 350 milyon manat kredit verib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 297 milyon 592 min manat və ya 28,2% çoxdur. Bank ötən ilin birinci rübündə bu sahəyə 1 milyard 052 milyon manat kredit vermişdi.

Biznes sahəsinə verilən kreditlərin həcmi isə 635 milyon 981 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 196 milyon 130 min manat və ya 44,5% çoxdur. Belə ki, ötən ilin müvafiq dövründə biznes sahəsinə verilən kreditlərin məbləği 439 milyon 851 min manat təşkil edib.

2020-ci ilin birinci rübünün yekunlarına görə, “Kapital Bank” daşınmaz əmlaz sektoruna 56 milyon 893 min manat kredit verib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 975 min manat və ya 26,6% çoxdur. Bankın ötən ilin birinci rübündə bu sahəyə ayırdığı kreditlərin cəmi məbləği 44 milyon 918 min manat təşkil etmişdi.

Xəbərlər departamenti

Gündəm