“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
28.04.2020 07:25 İqtisadiyyat

“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək

2 iyun 2020-ci il tarixində “Kapital Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“MediaPost” xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1.“Kapital Bank” ASC-nin 2019-cu ilin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi.

2. Digər məsələlər.

Yığıncaq “Kapital Bank”ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati bina­sında (Bakı,M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) keçiriləcəkdir.

Xəbərlər departamenti

Gündəm