Karantin müddəti uzadılacağı halda kimlər dövlətdən yardım alacaq? - RƏSMİ açıqlama
15.04.2020 16:08 Cəmiyyət

Karantin müddəti uzadılacağı halda kimlər dövlətdən yardım alacaq? - RƏSMİ açıqlama

"MediaPost" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə hökumət sözçüsü İbrahim Məmmədov deyib.

İbrahim Məmmədov bildirib ki, 190 manat heç nə etməmək üçün verilən vəsaitdir.

"Karatin müddəti uzadıldığı təqdirdə təbii ki, ikinci ayda insanlara bu yardımlar davam etdiriləcək. Burada söhbət təkcə 190 manatdan getmir. Məsələn, 50 min işsiz adam üçün 2 ay ictimai iş yeri təmin olunacaq . Həm də dövlət imkansız ailələrin övladlarının bir illik təhsil haqqını ödəyəcək. 90 min aztəminatlı ailəni dövlət ictimai əsaslarla işə cəlb edəcək. Və onların hər birinə 300 manat maaş verəcək. Bu il 1500 şəhid ailəsinə mənzil, 400 nəfərə avtomobil veriləcək. Prezident elan etdi ki, sosial layihələr təxirə salınmayacaq. Bu o deməkdir ki, ilin əvvəlindən nəzərədə tutulan pensiyaların, minimum əmək haqlarının da artırılmas gözlənilir. Yəni bu proses də davam edəcək. Dövlətin üzərinə başqa yüklər də düşür. Məsələn, manatın məzənnəsinin sabit saxlanılması elə sosial müdafiə deməkdir. İstehlak bazarına nəzarətin artması da sosial müdafiənin bir formasıdır. Dünən göstəriş verildi ki, evlərə verilən istilik aprelin 25-dək uzadılsın. Yəni əhaliyə yardım deyəndə təkcə, 190 manat nəzərə alınmamalıdır".

Xəbərlər departamenti

Gündəm