Karantin qaydalarını pozan bərbər və müştərisi aşkarlanıb
29.04.2020 13:43

Karantin qaydalarını pozan bərbər və müştərisi aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) məbuat xidmətindən "MediaPost"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı obyetin sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.

Xəbərlər departamenti

Gündəm