Karantin qaydalarını pozanlar balıq ovlayarkən saxlanıldı
20.04.2020 08:18 Cəmiyyət

Karantin qaydalarını pozanlar balıq ovlayarkən saxlanıldı

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) və Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayında 4-cü bölüyünün əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarını pozaraq Şabran rayonu ərazisində yerləşən “Taxtakörpü” su anbarından balıq ovlayan beş nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "MediaPost"a verilən məlumata görə, araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Fariz Məmmədov, Eldar CəfərovSəbuhi İsmayılov və Şabran rayon sakinləri Ziya ŞükürovŞirin Hüseynov olduqları müəyyən edilib.

Məlum olub ki, həmin şəxslər E.Cəfərovun idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsi ilə su anbarı ərazisinə gizli yollarla daxil olaraq, oradan balıq ovlamaq istəyiblər. Həmin şəxslərə məxsus tilovlar, eləcə də dörd ədəd ovlanmış balıq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.

Xəbərlər departamenti

Gündəm