Karantin qaydalarını pozmağın həbslə bitən sonu - ÖZƏL VİDEO
22.04.2020 15:39 Fikirlər

Karantin qaydalarını pozmağın həbslə bitən sonu - ÖZƏL VİDEO

COVID-19 virusu ilə əlaqədar olaraq Azərbaycanda elan olunmuş xüsusi karantin rejimi qaydalarını pozan şəxslər cərimə olunur. Bəzi hallarda isə inzibati qaydada həbs edilir.

Bəzən qaydalara tabe olmayaraq küçəyə çıxan, bunun üçün isə icazə SMS-i belə, yazmayanlar olur ki, polis onları saxlayanda min cür bəhanə gətirirlər.

Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində bu cür qaydaları pozanlar az deyil.

"Küçəyə çıxmışdım, aptekə gedirdim, evimin yanıdır" kimi bəhanələr isə insanı məsuliyyətdən azad etmir.

Bəlkə də kimin üçünsə bu qaydalara əməl etmək düzgün hesab olunmur. Amma bunu "boş" verməyin sonu həbs ola bilər. Necə ki, inzibati qaydada həbs olunanların bir çoxu əməlindən peşman olduğunu deyir və bu nəticəyə gətirib çıxaracağını düşünmədiklərini bildirirlər.

Dialoq:

“- Niyə tələbi yerinə yetirmədiniz? Niyə, səbəb nədir? Nəyi əsaslandırırsınız? Nəyi arqument gətirirsiniz?

- 200 metrə məsafə... Mən məhəllədə, yolun qırağı, öz evimdən 100 metr məsafədə dayanmışdım. Dayanmışdım deyəndə ki, aptekə gedəndə. Orada 200 metr məsafəni sitat gətirdim. Daxil İşlər Nazirliyinin çıxartdığı yaddaş kitabçasında olan 200 metrəni göstərdim. Onlar mənə dedilər ki, bu, ancaq heyvan gəzintisi üçündür. Sonra kitabçada oxuduq, gördük ki, zərurət yaranarsa, aptekə getmək varsa, dükan-bazar evin yaxınlığındadırsa, 200 metri keçməmək şərti ilə keçib gətirmək olar.

- Bəs 8103 nömrəsi nədən ötrüdür?!...”

Təbii ki, düşünmədən, "əşi nə olacaq ki?" deyərək qaydaları pozmaq, "boş şeylərdir" düşüncəsi ilə məsələlərə yanaşmaq bir çox hallarda acı nəticələr verir.

P.S. Cəza insanın islah olması, nəticə çıxarması üçündür. Yəqin ki, bu yazını oxuyan və videoya baxanlar da bir nəticə çıxaracaq.

Teymur Məmmədov, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm