Karantin rejimini pozaraq futbol oynayanlar cərimələnib
21.04.2020 09:36 Hadisə

Karantin rejimini pozaraq futbol oynayanlar cərimələnib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan "MediaPost"a verilən məlumata görə, Masallıda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər. Belə ki, epidemiya əleyhinə rejimin qaydalarını pozan 7 nəfər Masallı sakininin rayonun Binə Xocavar kəndi ərazisində futbol oyunu təşkil etdikləri aşkarlanıb. Həmin şəxslər Masallı RPŞ-yə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.

Xəbərlər departamenti

Gündəm