Karantindən bezən 75 yaşlı qadın divardan tullanaraq qaçmağa çalışdı - FOTO
23.04.2020 13:57 Dünya

Karantindən bezən 75 yaşlı qadın divardan tullanaraq qaçmağa çalışdı - FOTO

Türkiyənin Adıyaman şəhərində evdə qalmaqdan bezən 75 yaşlı Zahide Karakurt divardan aşaraq küçəyə çıxmağa çalışıb.

“MediaPost” Türkiyə mətbuatına istinadla xəbər verir ki, divarı aşan qadını görən qonşuları rastlaşdıqları mənzərədən xeyli təəccüblənib. Yaşlı qadın vəziyyəti belə izah edib:

“Evdə sıxıntıdan dəli olacağam. Başsağlığına gedəcəkdim, qoymadılar, mən də özümü divardan aşağı tulladım”.

Z.Karakurtun oğlu Yusif isə anasını polisə verməklə hədələyib:

“Evdə ürəyi sıxılır. Divarın üstünə çıxaraq aşağı tullanıb. Mən də ona bir daha çölə çıxarsa, polis çağıracağımı dedim. Qapıya zəncir vurmuşduq, bir də baxdım ki, divardan keçib”.

Karantindən bezən 75 yaşlı qadın divardan tullanaraq qaçmağa çalışdı - FOTO

Xəbərlər departamenti

Gündəm