Karpenter: “ABŞ Ermənistan-Azərbaycan sərhədinin tezliklə delimitasiyasına tərəfdardır”
30.11.2022 13:21 Xarici siyasət

Karpenter: “ABŞ Ermənistan-Azərbaycan sərhədinin tezliklə delimitasiyasına tərəfdardır”

“Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan və Ermənistan arasında sərhədin tezliklə delimitasiyasına tərəfdardır”.

MediaPost xəbər verir ki, bunu ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Maykl Karpenter brifinqdə deyib.

"ABŞ Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında çox maraqlıdır və biz hər iki ölkənin nazirlərini və liderlərini bir araya gətirmək yollarını axtarmağa davam edəcəyik. Heç kimə sirr deyil ki, biz bu məsələdə Aİ-dəki tərəfdaşlarımızla çox sıx əməkdaşlıq edirik”, - o bildirib.

Daimi nümayəndənin sözlərinə görə, ABŞ bölgəyə sülh və sabitliyin qayıtmasını, insan hüquqlarının və bu regionda yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsini istəyir.

"Bu, Cənubi Qafqazın tarixində yeni səhifə ola bilər. Aydındır ki, bu məqsədlərə nail olmaq üçün müəyyən vaxt tələb olunur, biz bu nəticəni dəstəkləmək üçün əlimizdən gələni etməyə çalışırıq", - Karpenter deyib.

Xəbərlər departamenti

Gündəm