Kaxovka SES-dəki partlayışdan sonra 3 nəfər ölüb
Ukraynaynın cənubunda yerləşən Kaxovka su elektrik stansiyasının partlamasından sonra Xerson vilayətini su basması nəticəsində ölənlər var.
MediaPost xəbər verir ki, bu barədə Xerson vilayətinin Oleşek şəhərinin meri Yevgeniy Rişuk məlumat verib.
O bildirib ki, şəhərdə daşqın nəticəsində artıq 3 nəfər həlak olub. Mer ölənlərin sayının artacağını istisna etməyib.
“Çox adam yataq xəstəsi idi, ayaqları yox idi, ayaqsız adam damın üstünə necə çıxa bilər?”,- Rişuk əlavə edib.
Onun sözlərinə görə, Oleşek şəhərinin 90 faizi su altında qalıb, bəzi yerlərdə suyun səviyyəsi 3 metrə çatır.