Keçmiş məhkumdan silah və narkotik maddə götürüldü
06.02.2020 17:34 Kriminal

Keçmiş məhkumdan silah və narkotik maddə götürüldü

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Təzə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş B.Feyzullayevi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, şəxsi axtarış zamanı ondan 2 qramdan artıq marixuana aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən əlavə olaraq 24 qrama yaxın marixuana, nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng və 24 patron aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm