Keçmiş nazir: "Urmiyə gölünün qurudulması ciddi xəstəliklərin yaranmasına səbəb olacaq"
30.11.2022 11:56 Daxili siyasət

Keçmiş nazir: "Urmiyə gölünün qurudulması ciddi xəstəliklərin yaranmasına səbəb olacaq"

"Urmiyə gölünün qurudulması ciddi xəstəliklərin yaranmasına səbəb olacaq".

MediaPost xəbər verir ki, bunu Azərbaycanın keçmiş təhsil naziri, türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Bakıda “Urmiyə gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, göl qurudulduqdan sonra bölgədə ciddi ekoloji problem yaranacaq: “Çünki göl qurudulandan sonra onun yerində böyük duz kütləsi yaranacaq və külək bu duzu ətrafa səpələyəcək. Bu, o bölgədə ciddi ekoloji problem yaratmaqla orada yaşayan 16 milyon azərbaycanlının didərgin düşməsinə səbəb olacaq və əsas məqsəd də azərbaycanlıları didərgin salmaqla onları zəiflətməkdir”.

F.Cəlilovun sözlərinə görə, belə məlumatlar da var ki, Urmiyə gölünün altında uran var və İran onu çıxarmaq istəyir.

Xəbərlər departamenti

Gündəm