Kəlbəcərə yeni yol çəkilir
22.02.2021 12:19 İnfrastruktur

Kəlbəcərə yeni yol çəkilir

“Prezidentin qarşımızda qoyduğu əsas tapşırıqlardan biri azad olunan ərazilərə yolların çəkilişinin təmin edilməsidir. Bu bölgələrdən biri Kəlbəcərdir. Bu gün Kəlbəcərə gedən yol müvəqqəti olaraq Gəncə-Göygöl istiqamətindən keçir. Tarixi Tərtər-Ağdərə-Kəlbəcər yolundan hələ ki, ancaq sülhməramlılarla birgə istifadə edə bilirik. Hazırda Murov dağının Ömər zirvəsindən keçməklə gedən Kəlbəcər yolunun üzərində işləyirik”.

“MediaPost” xəbər verir ki, bu barədə “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov bildirib.

O qeyd edib ki, yol birinci texniki dərəcəyə uyğun çəkiləcək, ərazidə bir neçə kilometrlik tunel salınacaq. Mart ayından etibarən həmin yolun çəkilişinə başlanılacaq.

S.Məmmədovun sözlərinə görə, bu yol ölkə başçısının diqqətində olan ən önəmli yoldur.

Xəbərlər departamenti

Gündəm