Kənd Təsərrüfatı Nazirliyinin tərkibində yeni qurumlar yaradıla bilər
07.05.2021 19:50 Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyinin tərkibində yeni qurumlar yaradıla bilər

Nazirlər Kabineti “Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi” və “Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli qərarına etdiyi dəyişikliyi şərh edib.

"MediaPost" xəbər verir ki, şərhdə bildirilir:

Qərarıa nazirliyin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların strukturunun təkmilləşdirilərək onların bazasında yeni qurumların yaradılması ilə bağlı tədbirlər nəzərdə tutulub. Qərar aqrar sahənin inkişafının təmin edilməsi, bu sahədə idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşdırılması, o cümlədən Nazirliyin strukturunun təkmilləşdirilməsi, effektiv tənzimləmə sisteminin qurulması, göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, elm, istehsal və xidmət sahəsində fəaliyyətin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi məqsədilə hazırlanıb.

Xəbərlər şöbəsi

Gündəm