Kərəm Həsənov yeni vəzifəyə təyin edilib
Mediapost.az xəbər verir ki, o, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, bu gün dövlət başçısı Prezident Administrasiyasının yeni strukturunu təsdiq edib.