Kerimcan 3 milyon, Aleyna isə 1,6 milyon dəfə izləndi - <span>VİDEO</span>
27.02.2021 10:29 Şou-biznes

Kerimcan 3 milyon, Aleyna isə 1,6 milyon dəfə izləndi - VİDEO

Ötən gün türkiyəli müğənni Aleyna Tilki bütün dünyada yayımlanan ilk mahnısını və klipini, sosial media fenomeni Kerimcan Durmaz isə ilk klipini təqdim edib.

“MediaPost” xəbər verir ki, “Warner Music” imzalı Aleyna Tilkinin “Retrograde” adlı mahnısınının sözlərini Dua Lipa, musiqisini isə Diplo ərsəyə gətirib. Klipin rejissorluğunu isə Aleyna özü edib. Ekran işi 20 saat ərzində 1,6 milyon dəfə izlənilib.

Sosial media istifadəçiləri onun mahnısının və klipinin sönük olduğunu yazıblar. Eyni saatda “Peşimde” adlı klipini təqdim edən Kerimcan Durmazın işinin isə daha dinamik və yüksək keyfiyyətli olduğunu bildiriblər.

Kerimcan klipdə imici, rəqsləri və geyimləri ilə diqqət çəkib. “Peşimde” 20 saata 3 milyondan çox izlənmə sayı toplayıb.

 

Pərviz Hüseyn

Gündəm