Kəşfiyyatdan xəbərdarlıq-Rusiya növbəti dəfə Tramp üçün hərəkətə keçdi
20.02.2020 08:04 Dünya

Kəşfiyyatdan xəbərdarlıq-Rusiya növbəti dəfə Tramp üçün hərəkətə keçdi

ABŞ kəşfiyyatı Nümayəndələr Palatası üzvlərinə xəbərdarlıq edib.

“MediaPost” xəbər verir ki, xəbərdarlıqda Rusiyanın Donald Trampın yenidən prezident seçilməsi üçün2020-ci il seçki prosesinə müdaxilə etdiyi bildirilib.

“New York Times” qəzeti beş mənbəyə istinadla yaydığı xəbərdə sözügedən məlumatın ABŞ Prezidenti Donald Trampı qəzəbləndirdiyini yazıb. Trampın demokratların bu informasiuyadan ona qarşı istifadə etməsindən narahatlıq duyduğu da xəbərdə qeyd olunub.

Nəşrin yazdığına görə, Milli təhlükəsizlik Direktoru Cozef Maquir 13 fevralda məlumatın Nümayəndələr Palatasına çatdırıldığı iclasa icazə verdiyi üçün səhəri gün vəzifəsindən azad edilib.

Xatırladaq ki, Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməsi iddi olunurdu.

Xəbərlər departamenti

Gündəm