Kim Çen In 17 nəfəri sel aparan bölgəyə gəldi
07.08.2020 12:00 Gündəm Dünya

Kim Çen In 17 nəfəri sel aparan bölgəyə gəldi

Şimali Koreya lideri Kim Jong-un (Kim Çen In) son 5 il ərzində ilk dəfə olaraq, təbii fəlakət baş verən Huanghae bölgəsinə səfər edib. 

“MediaPost” xəbər verir ki, şiddətli yağışlar səbəbindən Şimali Koreyanın Unphada vilayətində 730 ev və 600 hektarlıq düyü tarlası su altında qalıb. 179 sosial yönümlü obyektə zərər dəyib. Sel səbəbindən torpaq sürüşməsi baş verib və azı 17 nəfər həyatını itirib.

Qeyd edək ki, Cənubi Koreya mediasında yer alan məlumata görə, Kim son dəfə 2015-ci ilin sentyabr ayında sözügedən bölgəyə təbii fəlakət səbəbindən gedib.

Anara Mikayılova

 

Xəbərlər şöbəsi

Gündəm