Nazirdən Kim Çenin üzə çıxmaması barədə qəribə açıqlama
29.04.2020 07:53 Dünya

Nazirdən Kim Çenin üzə çıxmaması barədə qəribə açıqlama

Cənubi Koreyanının Birləşmə naziri Kim Yeon-çul Şimali Koreya lideri Kim Çen Inın ölməsi ilə bağlı iddialara cavab verib.

“MediaPost” xarici KİV-ə istinadla xəbər verir ki, nazir Kim Çenin uzun müddətdir xalq qarşısına çıxmamasının və tədbirlərə qatılmamasının COVID-19-la bağlı ola biləcəyini söyləyib.

O, Kim Çen haqqındakı xəbərləri “əsassız” adlandırıb: “Buna infeksiya kimi baxmaq olar. Qeyri-adi əlamətlərin olmadığını inamla söyləməyi mümkün edən kəşfiyyat imkanlarımız var".

Xatırladaq ki, Çin Dövlət Televiziyasının rəhbəri sosial media hesabında Şimali Koreya Lideri Kim Çen İnin (Jong Un) öldüyünü yazıb.

Cənubi Koreya prezidentinin xarici siyasət məsələləri üzə müşaviri Mun Çunq isə “CNN”ə açıqlamasında Kim Çenin sağ olduğunu söyləyib.

Artıq bir neçə gündür mediada Kim Çenin dəfni üçün hazırlıq işləri görülməsi ilə bağlı məlumatlar yayılır.

Sözügedən məlumatların heç biri Şimali Koreya tərəfindən təsdiqlənməyib. Şimali Koreya radiosunda Kim Çen Inın inşaat işçilərinə təşəkkür etməsi ilə bağlı məlumat verilib. ABŞ prezidenti Donald Tramp isə Şimali Koreyalı həmkarının belə bir açıqlama verməsinə inanmadığını bildirib.

Onu da qeyd edək ki, Şimali Koreya prezidenti koronavirusun dünyada ən sürətlə yayıldığı günlərdə belə raket sınaqlarına davam edib. Buna görə də Cənubi Koreyalı nazirin açıqlaması təəccüb doğurub.


Xəbərlər departamenti

Gündəm