Kimin əvvəli, Keynin axırı...
05.11.2020 11:05 Şou-biznes

Kimin əvvəli, Keynin axırı...

Dünyaca məşhur reper Keyn Uestin ABŞ Prezidenti olmaq xəyalı puç olub.

“MediaPost” xəbər verir ki, 43 yaşlı ifaçı 12 əyalətdən cəmi 60 min 761 səs toplayıb.

Ona ən çox səs verən Tennes əyalətinin sakinləri olub. Ümumilikdə Keynin səs faizləri 0,3 % kimi hesablanıb.

Məğlub olduğunun fərqində olan reper “Twitter”də 2024-cü ildə yenidən Prezidentliyə namizədliyini verəcəyini açıqlayıb.

Uest seçim kampaniyası üçün isə 5,9 milyon dollar xərclədiyini bildirmişdir.

Qeyd edək ki, K.Uest məşhur erməni Kim Kardaşyanın əridir. Reper əvvəllər K.Kardaşyan vasitəsilə populyarlıq qazanaraq zamanla medianın gündəmində qalmağı bacarıb.

Pərviz Hüseyn

Gündəm