“Kimlərəsə qazandırmaq üçün bu sahədən uzaq olanları kamera önünə çıxarmaq lazım deyil” - ŞƏRH
20.11.2023 19:40 Mədəniyyət

“Kimlərəsə qazandırmaq üçün bu sahədən uzaq olanları kamera önünə çıxarmaq lazım deyil” - ŞƏRH

Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən maraqlı kəşflərindəndir. Kinonun üstünlüyü əyaniliyində, inandırma gücündə və böyük təsirə malik olmasındadır.

Müxtəlif sənətlərin sintezi olan kino özündə bir neçə sahəni birləşdirir. Bir filmin ərsəyə gəlməsində ssenarist, rejissor və aktyorlardan savayı, rəssamdan bəstəkara, işıqçıdan qrimçiyə qədər onlarla insanın zəhməti olur.

Bəs milli kino sektorunun inkişafına mane olan əsas səbəb nədir?

Teatr və kino aktrisası Zülfiyyə Qurbanova MediaPost-a açıqlamasında qeyd edib ki, maliyyə ayrılıb peşəkar aktyorların üzərinə yatırılmalıdır: “Hər şeyin başında pul dayanır.

alt text

Kinoya maliyyə ayrılmalıdır. Maliyyə ayrılanda da ora-bura boş-boşuna pullar xərclənilməməlidir. Maliyyə ayrılıb peşəkar aktyorların üzərinə yatırılmalıdır. Şəxsi münasibətləri üstün tutub, kimlərəsə qazandırmaq üçün bu sahədən uzaq olanları kamera önünə çıxartmaq lazım deyil. Peşəkar aktyorları gətirmək lazımdır. Peşəkar aktyordan sən tələb edirsən. Kənar adamları çəkəndə isə pul tökürsən, sonra da qapı-qapı gəzib “film alınmadı” deyirsən. Bunun isə başlıca səbəbi düzgün aktyor heyətinin seçilməməsidir. O zəif, qeyri-peşəkarla sən hansı uğurlu iş çıxara biləcəksən göz önünə? Rejissor deyir ki, aktyordan istədiyimi filmdə ala bilmədim. Təbii ki, belə də olacaq”.

Fidan Ramazan

Gündəm