Kimsəsiz adaya düşən 3 dənizçi maraqlı yolla xilas oldu - <span>FOTO</span>
04.08.2020 13:02 Gündəm Dünya

Kimsəsiz adaya düşən 3 dənizçi maraqlı yolla xilas oldu - FOTO

Sakit okeanda yerləşən Pikelot adasında çıxılmaz vəziyyətdə qalan 3 dənizçi günlər sonra xilas edilib.

“MediaPost” xəbər verir ki, 7 metrlik qayığın benzini bitdiyi üçün adada qalan dənizçilər xilas olmaq üçün maraqlı üsula əl atıb. Belə ki, onlar tapdıqları daşlarla qumun üzərində mors əlifbasında kömək mənasına gələn S.O.S. yazıb. Havadan bu yazını görən Avstraliya və ABŞ donanması isə xilasetmə əməliyyatı həyata keçirib. 

Yaşadıqları yerdən 200 km məsafədəki adada qalan və adları açıqlanmayan şəxslərin yanına gedən donanma əməkdaşları əvvəlcə sözügedən şəxslərin sağlamlığını yoxlayıb, daha sonra onlara qida və su verib. 

Baş verənlərdən sonra Mikroneziya hökuməti 3 dənizçini adadan xilas etmək üçün gəmi göndərdiyini açıqlayıb.

img

Xəbərlər şöbəsi

Gündəm