KİV: ABŞ-İran gərginliyinin arxasında iraqlı gəncin olduğunu iddia edilir
09.01.2020 14:50 Xarici siyasət

KİV: ABŞ-İran gərginliyinin arxasında iraqlı gəncin olduğunu iddia edilir

"MediaPost" xəbər verir ki, mətbu orqan hadisələri 27 dekabrda İraqın Kərkük vilayətinin qərbində yerləşən ABŞ əsgərlərinin də olduğu K1 hərbi bazasına təşkil edilən hücumla əlaqələndirir. Hücum zamanı İraq əsilli Amerika vətəndaşı olan mülki şəxs də öldürülüb. Bütün bu hadisələrin başlamasına səbəb olan həyatını itirən ABŞ vətəndaşı Nauris Valid Hamid olduğu iddia edilir.

Amerika mətbuatı ABŞ ordusu üçün tərcüməçilik və mühəndislik etdiyini yazıb. Əlavə hansı xüsusi vəzifəsi olduğu barədə məlumat verilmir. Naurisin həyat yoldaşı Nur Əlxali ilə 2011-ci ildə ABŞ-a köçdüyü, 2017-ci ildə vətəndaşlıq hüququ qazandığı qeyd olunub.

Həmçinin bazada çalışan 4 amerikalı, 2 iraqlı əsgər yaralanıb. Lakin hərbi həmlənin kim tərəfindən gerçəkləşdiyi açıqlanmır.

Bir gün sonra ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) İraqda olan "Haşdi Şabi" silahlı qruplaşmasına bağlı "Xətaib Hizbullah" təşkilatına məxsus 3-ü İraqda, 2-si Suriyada olmaqla hərbi bazaya hava hücumu etdiyini açıqlayıb. Nəticədə 28 nəfər ölüb, 48 nəfər yaralanıb.

Bundan sonra ABŞ-ın İraqdakı səfirliyinin qarşısında da etirazlar başlayıb. Aksiya iştirakçıları diplomatik korpusun binasının divarına od vurublar. ABŞ-ın Bağdaddakı səfirinin və diplomatlarının binanı tərk ediblər. Nümayişçilər səfirlik binasını ələ keçiriblər.

Prezident Donald Tramp ABŞ-ın İraqdakı səfirliyinə hücum edilməsinə münasibət bildirərkən deyib ki, bu hücumun arxasında "İran durur".

Sözügedən hadisələrdən sonra isə ABŞ cavab olaraq İraq aeroportunda İran İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Qüds” qanadının komandanı general Qasım Süleymaninin olduğu avtomobilə aviazərbələr endirib və o, həyatını itirib.

İran isə bunun qarşılığıda İraqda yerləşən ABŞ-ın iki hərbi bazasına raket hücumları təşkil edib. Nəticədə 80-nəfər amerikalı hərbiçinin öldüyü və hərbi texnikalara ziyan dəydiyi söylənilir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm