KİV: Azərbaycan Qran-prisinin vaxtı açıqlandı
28.04.2020 12:30 İdman

KİV: Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

"Report"un məlumatına görə, təqvimdə Azərbaycan Qran-prisinin vaxtı da göstərilib. Bakıda yarışın sentyabrın 6-da baş tutacaq.

İddia edilir ki, Avstriya (5, 12 iyul), Böyük Britaniya (26 iyul, 2 avqust) və Macarıstan (16, 23 avqust) mərhələlərinin sayı ikiqat artırılacaq.

Təqvimə həmçinin Sinqapur (20 sentyabr), Rusiya (27 sentyabr), Çin (4 oktyabr), Yaponiya (11 oktyabr), Meksika (1 noyabr), Braziliya (8 noyabr), Vyetnam (22 noyabr), Bəhreyn (6 dekabr) və Abu-Dabi (13 dekabr) Qran-priləri də daxil edilib.

Beləliklə, mövsümün 17 mərhələdən ibarət olacağı vurğulanıb.

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.

Xəbərlər departamenti

Gündəm