KİV: İranda Trampın başına 80 milyon dollar təklif olunub
06.01.2020 12:55 Xarici siyasət

KİV: İranda Trampın başına 80 milyon dollar təklif olunub

"MediaPost" "Daily Mirror"a istinadən xəbər verir ki, Q. Süleymaninin ölümündən sonra hər iki dövlət arasında vəziyyət daha da gərginləşib. Tərəflər qarşılıqlı şəkildə bir-birlərini təhdid etməyə başlayıblar.

Ötən gün yüksək rütbəli bir məmurun İran Dövlər Televiziyasına verdiyi açıqlama böyük səs-küyə səbəb olub. Belə ki, o, çıxışı zamanı Donald Trampı öldürən şəxsə 80 milyon dollar verəcəyini bildirib.

Yerli mətbuatların birində yer alan xəbərdə Tehranda hakimiyyət Ağ evi vura biləcəyini, Süleymaninin intiqamını məhz Amerika torpaqlarında ala biləcəklərini yazıblar.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm