KİV: "Yuventus" avrokuboklardan kənarlaşdırıla bilər
27.05.2023 03:18 Futbol

KİV: "Yuventus" avrokuboklardan kənarlaşdırıla bilər

İtaliyanın “Yuventus”u avrokuboklardan kənarlaşdırılmaq təhlükəsi ilə üzləşib.

MediaPost xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Nəşrin mənbəsinin məlumatına görə, UEFA komandanın fəaliyyətini bir il və ya daha çox müddətə dayandıra bilər. Qeyd olunub ki, qurumda “Yuventus”un Superliqa layihəsindən əl çəkməməsindən narazıdır.

Bundan başqa, turinlilərin rəhbərləri UEFA-nın sədri Aleksander Çeferinlə əlaqə saxlamırlar. Həmçinin təşkilat kapitalın qondarma artımı və maaşlarda fırıldaqçılıq hallarına və maliyyə feyr-pleyinə riayətetmə problemlərinə diqqət yetirir.

Xəbərlər departamenti

Gündəm